08 Sentyabr 2024 06:46

Səbuhi Abdullayev Qəbələ şəhər sakinləri ilə növbəti səyyar qəbulu keçirdi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar qəbulu Qəbələ şəhər sakinləri ilə keçirilib.

RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri,  şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmış, Qəbələ rayonunda aparılan tikinti-quruculuq işləri, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.

Sonra şəhər sakinləri dinlənilmişdir. Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerində həll edilmiş, digərlərinin həlli isə nəzarətə götürülmüşdür. Şəhər sakinləri əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, görülən işlərə görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını bildirmişlər.