Azadsöz.az xəbər verir ki, mayın 31-da Latviyada prezident seçkiləri keçirilib. Üçüncü turda səsvermə nəticəsində hazırkı xarici işlər naziri Edqars Rinkeviç Latviyanın 11-ci prezidenti seçilib.
Bu barədə TASS məlumat yayıb
Onun lehinə 52 deputat səs verib.
Qeyd edək ki, Edqar Rinkeviç “Yeni Birlik” partiyasının siyasətçisidir, 2011-ci ilin oktyabrından Xarici İşlər Naziri vəzifəsində çalışır. Onun prezidentliyə namizədliyi mayın 11-də yekdilliklə Yeni Birlik tərəfindən irəli sürülüb.
Parlamentdə çıxış edən Edqar Rinkeviç ona göstərilən etimada görə təşəkkürünü bildirib. O, həm onu dəstəkləyənlərə, həm də əleyhinə səs verənlərə təşəkkür edib.