“Azadsöz.az” Bizim.media-ya istinadən xəbər verir ki,Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb.
İcra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.
Şabran Rayon İcra Hakmiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib.
Qeyd edək ki, Şabran rayonunun icra başçısı Asif Hüseynovdur.