16 Sentyabr 2024 23:40

Göyçayda növbəti ağacəkmə aksiyası keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar növbəti ağacəkmə aksiyası keçirildi.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qarabaqqal kəndinin ərazisindən keçən hissəsində təşkil edilmiş ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyəti başçısı aparatın əməkdaşlari, idarə, müəssisə və ictimaiyyət nümayəndələri iştirak edib.

Ərazidə rayonun torpaq-iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilmiş və qeyd edilmişdir ki, aksiyanın keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.