26 Aprel 2024 20:24

Fərqliliyimiz Uğurumuzdur

Tramp məhkəmə qarşısına çıxarılacaq

Azadsöz.az xəbər verir ki, Donald Tramp aprelin 4-də Nyu-York məhkəməsinə gələcək.

ABŞ-ın eks-prezidentinin instansiyada çərşənbə axşamı yerli vaxtla saat 14:15-də olacağı gözlənilir.

O, maliyyə fırıldaqlarında ittiham olunur. Trampın gəldiyi zaman onu Gizli Xidmətin üzvlərinin müşayiət edəcəyini qeyd edilib.

Qeyd edək ki, Tramp mühakimə olunan ilk ABŞ prezidenti olacaq.