
Sanitar-Təmizlik İdarəsi Nizami küçəsində yaranmış problemi aradan qaldırdı-FOTO
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin təmizlik işçiləri rayonun Heydər Əliyev prospekti daxil olmaqla küçələrində təmizlik işlərini gündəlik olaraq aparırlar.Ancaq bəzi məsuliyyyətsiz vətəndaşlarımız çağrışlar etməyimizə məhəl qoymaraq məişət tullantılarını uyğun olmayan yerlərə atmaqda davam edirlər.
Belə ki, rayonun Nizami küçəsindən keçən bərəyə görməməzlikdən gələn sakinlərimiz içdikləri şüşə, plastik butulkaları və məişət tullantılarını atmaqla axının qarşısını kəsiblər. İdarənin təmizlik işçiləri əraziyə cəlb olunaraq yaranan problemi aradan qaldırıblar.
Gəlin unutmayaq ki, rayonun təmiz saxlamaq hər birimizin vətəndaş borcudur. Hər kəsi təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.