Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən, rayonun N.Nərimanov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində yerləşən “Sabir bağı” adlanan ərazidə qoyulmuş oturacaqların taxta üzlüklərinin yenilənməsinə başlanıb.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Mənzil İstismar İdarəsinin işçi kollektivi tərəfindən bağ boyu qoyulmuş daş oturacaqların üzərinə vurulmuş taxta üzlükərin sökülməsi işləri aparılıb.
Bildirək ki, görülən işlər çərçivəsində daş oturacaqların üzərinə aqlay daşları döşənəcək, böyük həcimli taxta üzlüklər əlavə olunacaq.Tezliklə yeni oturacaqların sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri mərhələli şəkildə aparılır.