Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin təşkilatçılığı ilə Göyçay çayının sahilində 3 hektar ərazidə yeni salınan parkda növbəti işlər görülüb.
Belə ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir Şöbəsinin işçi kollektivi tərəfindən Göyçay çayından yüksək təzyiqli nasoslar vasitəsilə su çəkilərək yeni yaşıllıq sahəsinin salınması məqsədi ilə əkilən pavlonya ağacları suvarılıb.
Qeyd edək ki, mövsümlə əlaqədar olaraq rayon ərazisində əkilən və əkilmiş yaşıllıq zolaqları, çinar ağacları mütamadi olaraq suvarılır, aqrotexniki qulluq olunur.