27 İyul 2024 03:45

“Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradan-Hüseyn Cavid” adlı tədbir keçirilib

Azadsöz.az xəbər verir ki, Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı Ulaşlı Şıxlı kənd kitabxana filialında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dramaturq, mənzum poemaların ustadı Hüseyn Cavidin 140 illik yubileyi ilə əlaqədar imzaladığı 24 sentyabr 2022-ci il tarixli sərəncamına əsasən “Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradan-Hüseyn Cavid”adlı tədbir keçirilib.

Tədbirdə Şəhid Elnur Seyidov adına Ulaşlı Şıxlı kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə filialın müdiri Gülşən Mikayılova dramaturqun həyat və yaradıcığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şagirdlər Əliyev Fərid, Məmmədova Gülay, Hüseyn Cavidin şeirlərini söyləyiblər.

Sonda “Hüseyn Cavid-140” başlıqlı sərgiyə baxış keçirilib.