23 Noyabr 2024 20:25

Göyçayda “Qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə tədbirləri üzrə qarşılıqlı işin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirildi-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 21 dekabr 2022-ci il tarixdə Göyçay şəhərində Heydər Əliyev Mərkəzinin inzibati binasında Ağsu regional miqrasiya idarəsi tərəfindən “Qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə tədbirləri üzrə qarşılıqlı işin təşkili” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev, Ağsu regional miqrasiya idarəsinin rəisi vəzifələrini icra edən Faiq Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri və sahibkarlar iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Maarifləndirmə tədbirini giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev i İkram Vəliyev rayonda görülən sosial-iqtisadi inkişaf istiqamətləri və Dövlət Miqrasiya Xidmətinin həyata keçirildiyi bu cür tədbirlərin Göyçay rayon ictimaiyyəti üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin rəisi vəzifələrini icra edən Faiq Məmmədov və idarənin bölmə rəisi Həmid Həbibov çıxış edərək insan alverinin və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, fəsadlar, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat veriblər. 

Sonda vətəndaşların sualları qanunamüvafiq qaydada cavablandırılıb.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul