Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırığına əsasən Göyçayda sanitar təmizliyin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan yeni qutular rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Sanitar Təmizlik İdarəsi tərəfindən rayonun M.Hüseynzadə, N.Gəncəvi, N. Nərimanov, R.Rza küçələrinə və Heydər Əliyev prospektinə qoyulub.
Şəhər sakinlərində həmin qutuların qorunması və təyinatı üzrə istifadə edilməsi xahiş olunur.
Qeyd edək ki, mərhələli şəkildə rayonun digər küçələridə məişət tullantıları konteynerləri ilə təmin ediləcək.