23 Noyabr 2024 21:11

Göyçaylı qazi Elməddin Məmmədovun məişət şəraiti yaxşılaşdırılıb -FOTO/VİDEO

Azadsöz.az  xəbər verir ki, Göyçay  rayon İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, həmin ailələrin problemləri ilə mütəmadi maraqlanılır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

44  günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanan Göyçay  rayonunun Çərəkə kənd  sakini, qazi Məmmədov Elməddin Mahir oğlunun Göyçay  rayon İcra Hakimiyyətinə bu ilin iyununda etdiyi  müraciət əsasında məişət şəraiti yaxşılaşdırılıb.Qazimizin  ailə üzvləri üçün sanitar qovşağı  və evin qarşsında  eyvan tikilib.

Qeyd edək ki, Məmmədov Elməddin Mahir oğlu 26 fevral 1995-ci ildə Göyçay rayonunun Çərəkə kəndində  anadan olub.Göyçay rayon Çərəkə kənd 2 saylı tam orta məktəbi  bitirib.27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günündən könüllü  olaraq döyüşlərə qatılıb. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə  iştirak  edib.  Cəbrayıl rayonu istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirən zaman yaralanaraq  qazi  olub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Elməddin Məmmədov  “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” , “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalı  ilə təltif edilib.

Göyçaylı qazi Elməddin Məmmədovun məişət şəraiti yaxşılaşdırılıb

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul