16 Sentyabr 2024 23:34

Göyçay rayon Sanitar-Təmizlik İdarəsinə yeni rəhbər təyin edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Göyçay  rayon  İcra Hakimiyyətinin başçısı  Natiq  Ağayev Göyçay rayon Sanitar-Təmizlik İdarəsinə yeni rəhbər  təyin edilməsi haqqında müvafiq əmr  imzalayıb.

Əmrə  əsasən, Ruslan Cavid oğlu Məmmədov Göyçay rayon Sanitar-Təmizlik İdarəsinə rəhbər təyin edilib.

Qeyd  edək  ki, bu vəzifəyədək Ruslan Məmmədov Göyçay Rayon Elektrik Şəbəkəsinin rəhbəri vəzifəsində  çalışmışdır.