Azadsöz.az xəbər verir ki, “Pekin-2022” Qış Paralimpiya Oyunları başa çatıb.Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib.
Azərbaycan yarışda ilk dəfə təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Qalib ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla qalib olub. Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla yarışı üçüncü sırada bitirib.
Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.
Xatırladaq ki, 13-cü Qış Paralimpiya Oyunları martın 4-ü başlamışdı.