Azadsöz.az xəbər verir ki, Moskvada Azərbaycanının Xalq yazıçısı, görkəmli dramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi başlayıb. Vida mərasimi Mərkəzi Kino Evinin Böyük zalında keçirilib.
Vida mərasimində Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.
Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Rüstəm İbrahimbəyovun nəşi dəfn olunmaq üçün vətənə martın 15-də aparılacaq. Xalq yazıçısı Bakıda torpağa tapşırılacaq. (apa)