27 İyul 2024 07:22

Avropa Liqasının 5-ci turunda yeni rekord

“Azadsöz.az” “Opta”ya istinadən xəbər verir ki, Avropa Liqasının 5-ci turunda evdə “Seltik”lə qarşılaşan “Bayer” rəqibinə 3:2 hesabı ilə qalib gəlib.

 Bununla da Leverkuzen təmsilçisi evdə Avropa Liqasının ardıcıl 15-ci oyununda məğlub olmayıb. ​Bu isə turnirdə rekord göstəricidir.

Qeyd edək ki, Almaniya klubu 5 turdan sonra 13 xalla G qrupunun lideridir.