26 Aprel 2024 22:26

Fərqliliyimiz Uğurumuzdur

“AzNar” QSC-nin direktoru Teymur Əhmədov və bir qrup zavodun məsul şəxsləri şəhid Polkovnik Babək Səmidlinin məzarını ziyarət ediblər-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, “AzNar” QSC-nin direktoru Teymur Əhmədov və bir qrup zavodun məsul şəxsləri noyabrın 24-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn şəhid polkovnik Babək Mətləb oğlu Səmidlinin məzarını ziyarət ediblər.“AzNar” QSC-i tərəfindən əkilil şəhidin məzarı  önünə  qoyulub.Məzarı üzərinə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub. 

“AzNar”  şirkətinin direktoru Teymur Əhmədov  çıxış  edərək  bildirib ki, Vətən müharibəsi başlayan gündən “AzNar” QSC-nin  sahibi, biznesmen F.Əhmədov Azərbaycan ordusuna geniş dəstək kampaniyasına başlayıb. Şirkət  tərəfindən 44 günlük Vətən Müharibəsi ərzində hər gün cəbhəyə əsgərlərimiz üçün sovqatlar-müəssisənin istehsal etdiyi ekoloji təmiz məhsullar və əsgər üçün lazım isti geyim, corab və s. göndərilib.

Bununla  yanaşı şirkət tərəfindən döyüşlərdə yaralanan hərbçilərimizin müalicəsində lazım olan dərman vasitələrinin və tibbi ləvazimatların  alınması və xəstəxanalara çatdırılması təşkil edilib.Həmçinin Göyçay və İsmayıllı rayonlarında şəhid ailələrinə maddi yardımlar göstərilib.Mənfur düşmən tərəfindən Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində həlak olanların ailələrinə, yaralananlara və evini  itirənlərə “AzNar”  şirkətinin maddi yardımı  olunub.

Teymur Əhmədov   çıxışında  onu da  qeyd  edib ki, dünyanı  cənginə  alan koronavirus pandemiyasının ilk  günlərindən “AzNar” QSC-nin  sahibi F.Əhmədovun göstərişinə  əsasən, sosial baxımdan həssas əhali qruplarına ərzaq yardımları göndərilib.F.Əhmədov Azərbaycanda xeyriyyəçilik  ənənəsinə sadiq  qalaraq, koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat köçürüb.“AzNar”  şirkəti bu  gündə F.Əhmədovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Şəhid ailələrinə və qazilərə daim dəstək göstərir.

Qeyd  edək  ki, “AzNar”  şirkətinin Vətən müharibəsi zamanı iki işçisi şəhidlik zirvəsinə ucalıb.