01 May 2024 04:09

Fərqliliyimiz Uğurumuzdur

“Qarabağ” – “Omoniya” oyununun biletləri satışa çıxarılır-TARİX

Azadsöz.az  xəbər  verir  ki, “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə Bakıda keçirəcəyi oyununun biletləri bu gündən satışa çıxarılacaq.Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.

PAGE TOP