01 May 2024 08:06

Fərqliliyimiz Uğurumuzdur

Bu gün 5 günlük ümumtəhsil müəssisələrində bir günlük payız tətilidir

Azadsöz.az  xəbər  verir  ki, bu gün ibtidai təhsil səviyyəsi üzrə 5 günlük ümumi təhsil müəssisələrində bir günlük payız tətili olacaq. 6 günlük ümumi təhsil müəssisələrində isə bu gün və sabah ibtidai siniflər üzrə dərs olmayacaq.

Bundan başqa, ümumi orta və tam orta təhsil səviyyələri üzrə 5 günlük ümumi təhsil müəssisələrində payız tətili olmayacaq, 6 günlük ümumi təhsil müəssisələrində isə 20 noyabr payız tətilidir.

Qeyd edək ki, tədris planına əsasən ümumi təhsil müəssisələrində 16-20 noyabr tarixləri payız tətili hesab olunur.

Xatırladaq ki, “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən, ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr tarixləri dərs günləri hesab olunub.

PAGE TOP