01 May 2024 23:35

Fərqliliyimiz Uğurumuzdur

Bu gün xalq yazıçısı İlyas Əfəndiyevin anım günüdür-FOTO

Azadsöz.az xəbər verir ki, bu gün  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, dramaturq,əməkdar incəsənət xadimi İlyas Əfəndiyevin anım günüdür. İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub.

1930-cu ildə Pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi bitirib.Bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyat müəllimi  işləyib. 1935-1938-ci illərdə  Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləyib.Daha sonra Nuxa şəhərindəki nümunəvi orta məktəbə tədris hissəsi müdiri vəzifəsinə təyin olunub. Bir il burada işlədikdən sonra ali təhsil almaq üçün Azərbaycan Dövlət Pedaqoji İnstitutuna göndərilib. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olub. “Kulak” balası olduğu üçün institutdan uzaqlaşdırılıbmış. 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib.Həmin il rayona qayıdaraq müəllimliyini davam etdirib.

“Yeni yol” qəzeti redaksiyasında işləyib.1939-1940-cı illərdə Daha sonra “Kommunist”  və “Ədəbiyyat qəzeti”ndə nəsr şöbəsinin müdiri, 1941-1945-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu illərin axırlarında atmağa başlayıb. “Kənddən məktublar” adlı ilk pоvest və hekayələr kitabı 1939-cu ildə nəşr edilib. “Söyüdlü arх”, “Körpüsalanlar”, “Dağlar arхasında üç dоst”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baхma, qоca”, “Üçatılan” rоmanları, bir çох pоvest və hekayələri dəfələrlə nəşr оlunub. Mənəvi-əхlaqi prоblemlərdən söhbət açan “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv оlmuş gündəliklər”, “Qəribə оğlan”, “Mahnı dağlarla qaldı”, “Хurşidbanu Natəvan”, “Büllur sarayda” pyesləri dəfələrlə tamaşaya qоyulub. 50-yə yaхın kitabı çap оlunub. Əməkdar incəsənət xadimi (1960), Xalq yazıçısı (1979), Dövlət Mükafatı laureatı (1972) İlyas Əfəndiyev 1996-cı ildə dünyasını dəyişib. Yazıçı İlyas Əfəndiyev yazıçı Elçin Əfəndiyevin atasıdır.

Yazıçının filmoqrafiyası:
Körpüsalanlar (1964, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub
Yun şal (1965, qısametrajlı bədii film) – əsərindən istifadə olunub
Çarvadarların izi ilə (1974, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
Bizi dağlarda axtarın (1976, qısametrajlı bədii film) – ssenari müəllifi, əsərindən istifadə olunub
Atayevlər ailəsi (1980, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, əsərindən istifadə olunub
Gözlə məni (1980, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
Sarıköynəklə Valehin nağılı (1980, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub
Mənim günahım (1985, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub
Bircəciyim (1986, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
Sən həmişə mənimləsən (1987, tammetrajlı film-tamaşa) – ssenari müəllifi, əsərindən istifadə olunub
Qaçaq Süleyman (1995, tammetrajlı bədii film) – ssenari müəllifi
Məhv olmuş gündəliklər (1999, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub
Hökmdarın taleyi (2008, tammetrajlı bədii film) – əsərindən istifadə olunub
General (II) (????, tammetrajlı film-tamaşa) – əsərindən istifadə olunub

Fayl:İlyas Əfəndiyev.jpg — Vikipediya

İlyas Əfəndiyevin vəfatından 20 il ötür

İlyas Əfəndiyevin məzarı üstündə monoloq oxundu - fotolar

 

PAGE TOP