23 Noyabr 2024 20:43

Görkəmli yazıçı Süleyman Sani Axundovun doğum günüdür-FOTO

Azadsöz.az xəbər verir ki, görkəmli Azərbaycan dramaturqu, nasir, maarif xadimi Süleyman Sani Axundovun doğum günüdür. Süleyman Sani Rzaqulu oğlu Axundov 1875-ci ildə Şuşada anadan olub. Uşaq yaşlarında atasını itirdiyi üçün dayısı Səfərəli bəy Vəlibəyovun himayəsində böyüyüb. O, 1885-1894-cü illərdə Qori müəllimlər seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim təyin edilib. Ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb. 

Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, Bakıda məktəb müdiri vəzifələrində çalışıb. Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. “İkinci il” adlı dərs kitabının müəllifidir.

S.S.Axundovun ilk yaradıcılıq əsəri “Tamahkar” komediyasıdır. Bu komediyasında o, dövrün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış, İmran, Gülzar, Şərəf xanım kimi müsbət surətlər yaradaraq, yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb. “Dibdat bəy”, “Türk birliyi” adlı komediyaları ilə Azərbaycan teatr səhnəsinə siyasi-ictimai mövzu gətirib. “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” və başqa pyeslərin müəllifidir.

Süleyman Sani Axundov həm də orijinal nasirdir. “Qonaqlıq” (1905), “Kövkəbi-hürriyyət” (1905), “Yuxu” (1905) onun ilk hekayələridir. 

Müəllifin “Qan bulağı”, “Ümid çırağı”, “Cəhalət qurbanı”, “Nə üçün”, “Təbrik”, “Sona xala”, “Namus”, “Mister Qreyin köpəyi”, “Son ümid”, “İki dost, iki düşmən”, “Gənc maşinistka və qoca yazıçı” hekayələri Azərbaycan nəsrinin qiymətli nümunələrindəndir. Onun “Qorxulu nağıllar” başlığı altında yazdığı “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” ilə Azərbaycan uşaq ədəbiyyatında forma, məzmun, üslub yenilikləri gətirib. 

İstedadlı ədib 1939-cu il martın 29-da Bakıda vəfat edib.

Fayl:Süleyman Sani Axundovun Fəxri Xiyabanda qəbrüstü abidəsi.jpg — Vikipediya

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul