16 Sentyabr 2024 22:54

“Bizim Cəbiş müəllim” filminin Makedonu Aqil Ağacanovun bu gün doğum günüdür-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, bu gün “Bizim Cəbiş müəllim” filminin Makedonu Aqil Ağacanovun  doğum  günüdür. Aqil Ağacanov   22 avqust 1949-cu  ildə Bakının Sabunçu  rayonunun Pirşağı kəndində  anadan olub.Bakı şəhəri 112 saylı orta məktəbi 8 illik sistemlə bitirib, daha sonra gecə məktəbində Ramana müəllimlərindən təhsil alıb. Orta təhsilini bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yola düşüb.Uzun müddət aşpaz, xüsusilə də kababçı  kimi fəaliyyət göstərib.Bakı kəndlərində onu kababçı Aqil kimi tanıyırlar.

Aqil Ağacanovun oynadığı Makedon rolu  “Bizim Cəbiş müəllim” filmindəki  maraqlı obrazlardan biridir. Onu filmə təsadüfən çəkirlər. Belə ki, Aqillə bulvarda təsadüfən nərd oynayan rejissor  Həsən Seyidbəyli nərddə uduzduqdan sonra sözünü tutaraq onu Makedon roluna sınaqlara çağırır.Çünki oyuna başlamazdan öncə Aqil Ağacanov Həsən Seyidbəyli ilə mərc kəsir ki, əgər rejissor uduzsa, onu kinoya çəkəcək. Belə də olur.

Makedon rolunun ifaçısı Aqil Ağacanov hazırda Pirşağı kəndində yaşayır. Deyirlər rejissor filmin çəkilişləri zamanı Aqilin bəzi kaprizlərinə dözməli olub. Məsələn, Tanya ilə öpüş səhnəsində Makedon – Aqil Ağacanov özü qəsdən səhvlərə yol verirmiş ki, dubl təkrarlansın.Bunu Aqil Ağacanovun özü çox sonralar etiraf edibmiş.

Bizim Cebis muellim"in Makedonu 49 il sonra

 

Bizim Cəbiş müəllim” filmi haqqında maraqlı faktlar – Epiloq.az

Müharibənin özü ilə təkbaşına döyüşən müəllim – Dünya kinosunu sarsıdan “Bizim Cəbiş müəllim” – VİDEO - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI