23 Noyabr 2024 13:12

“Sahibkarlara azad olunmuş torpaqlara səfər etmək fürsəti hələ də verilməyib”- Günel Məmmədhəsənova

Azadsöz.az xəbər verir ki, “Naigin K Tovuz Baltiya” şirkətinin icraçı direktoru Günel Məmmədhəsənova özünün sosial hesabında  Sahibkarlara azad olunmuş torpaqlara səfər etmək fürsətinin  hələ də  verilmədiyini  bildirib.

Sözügedən paylaşımı  sizə  təqdim edirik:


Hörmətli Həmkarlarmız,

Hòrmətli adiyyatı qurumlarmız !

“Son zamanlar biz düşmən tapdağından azad olunmuş torpaqlara demək olar ki, hər həftə bu və ya digər nümayəndə heyyətinin səfərinin şahidi oluruq. QHT-təşkilatları, Diasporadan olan həmvətənlərimiz, Bloger və Jurnalist fəallarımız.Hər şeyi anlayaraq başa düşürük, Zəfər sevinci, Azad olunmuş torpağlarımız və.s….

Qeyd etmək istərdim ki, Sahibkarlara azad olunmuş torpaqlara səfər etmək fürsəti hələ də verilməyib.Amma adiyyati qurumlarmız nədənsə bu istiqamətdə hələ də bir addım atmayıb.Halbuki, Sahibkarlar Cənab Prezidentimizin ətrafında bir yumruq olaraq birləşib. Pandemiya dövründə, Tovuz hadisələrində, 44Günlük Vətən Müharibəsində bir olduq!!!! İndidə Ali Baş Komandanmızın yanındayıq və azad olunmuş bərəkətli,müqəddəs Qarabağ Torpağımıza öz töhfəmizi verməyə hazırıq.

Heç kəs üçün sirr deyil ki, azad olunmuş torpaqlar böyůk Iqtisadi potensiala malikdir. Bu Kənd Təssərüffatı, Heyvandarlıq, Dağ Mədən Sənayyesi, Turizm, xüsusilə də Űzümçülük, Şərabçılıq sahələri üçün uyğun olan ərazilərdi. Bu ərazilərin potensialının realizasiyası, alınan məhsulun daxili və xarici bazarına çıxarılması çox böyük əhəmiyyət kəsb edir, nəticə olaraq azad olunmuş torpaqlarımızda Kiçik və Orta sahibkarlara aid təsəruffatların yaranması və gələcəkdə böyük biznes klasterlərə çevrilməsi, bu isə öz nəticəsində insanların geri qayıtmasında müsbət rol oynayacaq.

İnanıram ki, yaxın bir zamanda biz sahibkarlarıda Qarabağın dirçəlməsində öz töhfəmizi verməyə imkan yaradıb ərazilərə səfər üçün ezamiyyət təşkil olunacaq. Sahibkarlar Müstaqil Azərbaycan İqtisadiyyatın dayaq nöqtələrindən biridir”.

Biz birlikdə güclüyuk!!!!
Yaşasın Azərbaycan !!!!
Yaşasın Ali Baş Komandan!!!!
Qarabağ Bizimdir !!!!
QARABAĞ AZƏRBAYCANDIR!!!
Ankara escort İstanbul Travesti Shemale İstanbul