16 Sentyabr 2024 22:57

Tanınmış meyxanaçı Bayram Kürdəxanlının bu gün anım günüdür-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, bu gün tanınmış meyxanaçı Bayram Kürdəxanlının ildönümüdür.Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31- də Kürdəxanıda  anadan olub.Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib. 

İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazmışdır. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Bayram Kürdəxanılı 22 avqust 2017-ci ildə Kürdəxanı qəsəbəsində yolu  keçərkən onu  qəsəbə  sakini  Emin Fərhadov  tərəfindən idarə olunan “Peugeot”  markalı  avtomobil  vurub. Bayram Kürdəxanılı  ağır  xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, onun həyatını  xilas  etmək  mümkün olmayıb.

Oxu.az - Bayram Kürdəxanlı məhkəmə qarşısına çıxarılır

Bayram Kürdəxanılıya sağkən kəfən geyindirmək istədilər - Aktyor heyrətamiz fakt açıqladı