17 Sentyabr 2024 00:00

Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu

Azadsöz.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər – Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Dövlət başçısının Birinci vitse – prezident Mehriban Əliyeva ilə Kəlbəcər və Laçına səfəri çərçivəsində daha bir neçə infrastruktur layihəsinin təməli qoyulub.