“Azadsöz.az” Xezerxeber.az-a istinadən xəbər verir ki, Qarabağ Universitetində tədris ilinin başlamasına sayılı günlər qalsa da, artıq bu təhsil ocağının tələbələri indidən Xankəndiyə yollanıblar.
Tələbələr deyirlər ki, bir neçə gün əlavə vaxtlarının olmasından istifadə edərək Xankəndi şəhəri və ətraf ərazilərlə tanış olublar.
Xankəndiyə avtobus marşrutlarının açılması da tələbələrin ürəyincə olub.
Tələbələr öz yaşadıqları bölgələrdən Xankəndiyə gələrkən onları 2 nəfər ailə üzvü müşayiət edə bilər.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1104 tələbə təhsil alacaq.