16 Sentyabr 2024 23:51

Mehriban Əliyeva Kəlbəcər və Laçından paylaşım edib – VİDEO

Azadsöz.az xəbər verir ki, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsindən videolar paylaşıb.

Birinci vitse-prezident yazıb:

“İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”