Azadsöz.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Şuşanın azadlığı uğrunda aparılmış döyüşlərin fəal iştirakçısı Tehran Mənsimovun Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Dəstələrin rəis müavini təyin olunması ilə bağlı xəbər dərc etmişdik.
Əldə olunan məlumata görə, bir neçə gün əvvəl yeni vəzifəyə gətirilən T.Mənsimov narazılıq yaradan hərəkət etdiyi üçün tutduğu vəzifədən azad edilib.Növbəti qərara əsasən, Polkovnik Prezidentin Təhlükəsizlik Xidmətinin Peşə Hazırlıq İdarəsinə rəis müavini təyin edilib.