27 İyul 2024 03:59

Hava döyüşləri üzrə tapşırıqlar icra edilib -FOTO/ VİDEO

Azadsöz.az  xəbər  verir  ki, müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.