Azadsöz.az xəbər verir ki, “15 iyun–Milli Qurtuluş günü” münasibətilə Göyçayda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, üzərinə gül dəstələri düzüb və xatirəsini etiramla yad ediblər.
Daha sonra rayon rəhbəri 15 iyun – Milli Qurtuluş Günü haqqında məlumat verərək bildirib ki, “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür.İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Heydər Əliyevdir.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.Həmin uğurun bariz nümunəsi sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük Zəfər və Qələbədir.