Azadsöz.az xəbər verir ki, 15 iyun–Milli Qurtuluş günü münasibətilə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə başda olmaqla rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərləri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda olublar.
Qeyd edək ki, rayonun başçısı və rayonun məsul şəxsləri gəzinti zamanı rayon sakinləri ilə görüşərək onlarla səmimi söhbət ediblər.Vətəndaşların müraciətləri dinlənilib və aydınlıq gətirilib.