03 May 2024 23:05

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanın 5 müəssisəsi Rusiyaya pomidor satacaq

Azadsöz.az  xəbər  verir  ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) mayın 25-dən etibarən Azərbaycanın beş müəssisəsindən pomidor idxalına icazə verib.

Bu barədə “Rosselxoznadzor”dan bildiriblər.

Bildirilib ki, qərar birgə video müayinələr zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə verilib:

“Beləliklə, hazırda ümumilikdə 131 Azərbaycan müəssisəsi Rusiyaya pomidor tədarük edə bilər”.