04 May 2024 01:04

Fərqliliyimiz Uğurumuzdur

Respublika Günü münasibətilə dəyirmi masa keçirilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 28 may- Respublika Günü münasibətilə Göyçay  Bayraq  Muzeyində Cumhuriyyət tariximiz adlı dəyirmi masa keçirilib. Tədbirdə  Azadsöz.az  xəbər  saytının təsisçisi və  baş redaktor  Səbuhi  Eltonlu, Göyçay rayon  qəzetinin  baş redaktoru Anar  Nağıyev,Göyçay Bayraq Muzeyinin direktoru Nicat Mahmudov, Gənclərin İnkişaf  və Karyera Mərkəzinin  Göyçay  üzrə  direktoru  Çoşqun İsmayılov, Gənclərin İnkişaf  və Karyera Mərkəzinin  Göyçay  üzrə Nümayəndəliyinin Layihələr və Tədbirlər üzrə mütəxəssisi Muxtar Osmanov  iştirak ediblər.

Göyçay  Bayraq muzeyi ilə tanış olan qonaqlara muzeyin rəhbəri Nicat Mahmudov muzeylə  bağlı  ətraflı  məlumat  verib.Nicat Mahmudov  bildirdi  ki, “2017 , 2018-ci illər ərzində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən muzey  inşa olunub.Tikinti işləri 2019-cu ildə tam olaraq başa çatıb.Həmin ilin 9 noyabr tarixində yəni, Dövlət Bayrağı günündə sözügedən muzeyin açılışı olub. 

Muzeyin ümumi sahəsi 360 kvadratmetr  olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur”.

Daha  sonra  N.Mahmodov, C. İsmayılov, S. Eltonlu çıxışlarında 103 il Cümhuriyyətin keçdiyi yola nəzər salaraq, AXC-nin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini və ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını söyləyib.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.