Xəbər verdiyimiz kimi, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin müvafiq sərəncamı ilə Anar Əlişah oğlu Nağıyev Göyçay qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.
Azadsöz.az Anar Əlişah oğlu Nağıyevin tərcümeyi-halını təqdim edir:
A. Nağıyev 1978-ci ildə Göyçayda anadan olub.1994 cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1996-cı ilə Odlar Yurdu Universitetinin “Hüquqşünaslıq” ixtisasını bitirib. 2000 ci ildə Hərbi polis qoşun xidmətində hərbi xidmət keçib.2002 ci ilde Dövlət press qəzetinin şöbə müdiri,2004 cu ildə Abşeron Telekommunikasiya qovşağının, 2005 ci ildə Qanun-A MMC nin baş hüquqşünası vəzifəsində çalışıb.
2006 cı ildə Abşeron rayon sürücülük məktəbinin rəis müavini, 2008 ci ildə “Respublika xəbərləri” qəzetinin baş redaktoru, 2010 cu ilde Xırdalan qəzetinin təsisçisi və baş redaktoru, 2016 cı ildə Abşeron təhsili qəzeti və Abşeron informasiya agentliyi saytının və XırdalanTv yotube kanalının baş redaktoru vəzifəsini icra edib.
2018 ci ildə Göyçay informasiya agentliyinin, Nartv saytının və yotube kanalının və Göyçay rayon mətbuat xidmətinin rəhbəri olub.2019 cu il Göyçay Gənclər Mərkəzinin direktoru, Parklara xidmət və nəzarət təşkilatının sədri və 2020 ci ildə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Məzahir Əfəndiyevin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb.
Göyçayda işlədiyi müddətdə 3 dəfə Mətbuat, Gənclər günü və 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhədə xidməti üçün Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə tərəfindən təşəkkürnamə alıb.
A. Nağıyev Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm, Araz media, H. B. Zərdabi mükafatları sahibidir. Ümummilli Lider Heydər Əliyevin 80 illik yubleyi münasibətilə “Rəhbər ömrü”, “Cinayətkarlığa qarşı mübarizə” kitablarının redaktoru və müəllifidir.