21 May 2024 23:21

Deputat köməkçisi rayon qəzetinə baş redaktor təyin edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki,  Göyçay  rayon  İcra Hakimiyyətinin başçısı  Mehdi  Səlimzadənin müvafiq sərəncamı ilə Anar Əlişah oğlu Nağıyev Göyçay qəzetinin  baş redaktoru vəzifəsinə təyin olunub.

Xatırladaq  ki, Göyçay Rayonun ilk qəzeti 1930-cu ildə “Pambıqçı” adı ilə nəşr edilib.  Sonralar  isə “Qalibiyyət  bayrağı”, “Yeni həyat”, Göyçay” adlı qəzetlər işıq  üzü  görüb.Qulu  Məmmədov, Nəriman Zeynalov, Oqtay Cəfərov, Rafiq İslamov, Aydın Kərimov, Tofiq Həsənov  kimi  jurnalistlər  respublika mətbuatında Göyçayı təmsil  ediblər.

Qeyd  edək ki, Anar Nağıyev 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə  deputat  seçilən  Məzahir Əfəndiyevin səlahiyyətli nümayəndəsi vəzifəsində  çalışıb. Özünün  istəyi  ilə  sözügedən  vəzifəsindən  azad  edilib.

Rayon qəzetinə yeni təyinat