13 May 2024 13:30

Fərqliliyimiz Uğurumuzdur

Xalq artisti Ramiz Novruzun doğum günüdür-FOTO

Azadsöz.az  xəbər  verir  ki, bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, xalq artisti ,Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruzovun doğum günüdür.Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-1978-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram teatrı və kino aktyorluğu fakültəsində Adil İsgəndərovun kursunda təhsil alıb.

Ramiz Qəvvam oğlu Novruz |

Ali təhsilini başa vurduqdan sonra təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul oluunb. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb.

Ramiz Qəvvam oğlu Novruz |

 Akademik Milli Dram Teatrının səhnəsində Nəvvab və İran şəhzadəsi (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Mayor Edmund (“Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Bahadur (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Məhəmməd Suvarlı (“Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev), Cəmil (“Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan (“Hökmdar və qızı”, İlyas Əfəndiyev), Seyton (“Maqbet” Uilyam Şekspir), Edmund (“Kral Lir”, Uilyam Şekspir), Kreon (“Medeya”, J.Anuy), İbn Yəmin (“İblis”, Hüseyn Cavid), Səlim bəy (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Loğman (“Fəryad”, Bəxtiyar Vahabzadə), Laçın (“Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə), Toğrul (“Cəzasız günah”, Bəxtiyar Vahabzadə), Fərhad (“Sənsiz”, Şıxəli Qurbanov), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Andranik və Nostradamus (“Hələ “sevirəm” deməmişdilər…”, Ramiz Novruz), Ələs bəy (“Dirilən adam”, Mir Cəlal), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayıl Şıxlı), Murad (“Xəcalət”, Hüseynbala Mirələmov), Cəbrayıl (“Teleskop”, Elçin), “Yaşlı qadının gəlişi”(F.Dürrenmat), Knyaz Pantiaşvili (“Xanuma”, A.Saqareli), Nadir şah (“Nadir şah”, Y,Oğuz), Attilio (“Silindr”, E. de Filippo) və s. rollar oynayıb.

Milli kinolarımızı unutmayaq” layihəsi davam edir

R.Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib.H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası”(Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra”(Antonio), O.Kamalın “Dodaqdan qəlbə”(Kənan bəy), “Yad qızı”(Nihad) və s. maraqlı rollar oynayıb.

Ramiz Novruzov | Tanınmış aktyorlar və aktrisalar | Kayzen

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə əməkdar artist və 1998-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci və 30 aprel 2014-cü illərdə Prezident Mükafatına layiq görülüb.

Ramiz Novruzun 65 yaşı tamam olur – AKI