Azadsöz.az xəbər verir ki, bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür.Müğənni, bəstəkar M.Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlib. Onun sənət yolu toy və el şənliklərindən başlayıb. O, adətən, öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib.Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
Sözləri və musiqisi Məmmədbağır Bağırzadəyə aid olan “Səməni nazlı gəlin”, “Hülya”, musiqisi Ələkbər Tağıyev, sözləri Hafiz Baxışa aid olan “Azərbaycan oğluyam” və digər nəğmələr bu gün də başqa ifaçılar tərəfindən səsləndirilməkdədir.
M.Bağırzadə 2005-ci il, 30 oktyabrda vəfat edib.