Azadsöz.az xəbər verir ki, mayın 17-də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları Çayarxı kəndində uşaq bağçasının tikinti işləri ilə maraqlanıblar.
Çayarxı kəndində 20 yerlik yeni uşaq bağçasının tikinti işlərinin gedişi ilə tanış olan rayon İcra Hakimiyyətinin başçısı müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Qeyd edək ki, artıq Çayarxı kənd uşaq bağçasnda son tamamlama işləri aparılır.