Azadsöz.az xəbər verir ki, mayın 17-də Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ləkçılpaq kəndində subvensiya hesabına inşa edilmiş istixana kompleksində olub.
Rayon rəhbəri istixana kompleksində aparılan işlərlə, pomidor ştillərinə göstərilən qulluqla maraqlanıb və müvafiq tövsiyyələrini verib.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Ləkçılpaq bələdiyyəsinə ayrılmış subvensiya hesabına rayonun Ləkçılpaq kəndində istixana kompleksi inşa edilib.