27 İyul 2024 11:45

Qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulub

Azadsöz.az  xəbər  verir  ki, “Tibb müəssisələrində çalışan qeyri-tibb işçilərinin əməkhaqlarına əlavələr nəzərdə tutulub”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.

O bildirib ki, vəzifə maaşlarından başqa həmin şəxslərə sabit əlavələr nəzərdə tutulub: “Həmin şəxslərin sabit əlavələri vəzifələrindən asılı olaraq dəyişir. İşçilərin əlavəsi direktorun sabit əlavəsinə nisbətdə hesablanır”.