27 İyul 2024 10:29

Baş nazir Əli Əsədov tibb işçiləri ilə bağlı qərar imzaladı

Azadsöz.az  xəbər  verir  ki, “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, müddət iyunun 1-dək uzadılıb. Əvvəl bu müddət martın 31-dək müəyyən edilmişdi. 

Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.