20 May 2024 03:23

Bakıda ağacların kəsilməsinə nazirlikdən- REAKSİYA-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.Qurumun  rəsmisi  Vaqif Cavadov qeyd  edib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib.

“Hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”, – deyə V.Cavadov  vurğulayıb.

 

Nazirlikdən Bakıda ağacların kəsilməsi faktına REAKSİYA - FOTOLAR