23 Noyabr 2024 09:39

Təhsil Nazirliyi universitetlərlə bağlı göstəriş verəcək-RƏSMİ

Azadsöz.az  xəbər  verir  ki, “Təhsil Nazirliyi ilə razılaşma əsasında ali məktəblərdə daha çox praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə əyani tədris bərpa olunub. Ali məktəblərin böyük əksəriyyəti isə distant təhsildə qalıb”.

Bu  sözləri  Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev bildirib: “Hesab edirəm ki, yaxın  vaxtlarda 5 şəhər və rayonda yerləşən universitetlərdə tədrisin təşkili ilə bağlı da qərarlar veriləcək”.

Xatırladaq  ki,  Təhsil Nazirliyinin ötən gün verdiyi qərara əsasən, Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul