16 Sentyabr 2024 22:59

İsmayıllıda tövlə və ot bağlaması yanıb

Azadsöz.az  xəbər  verir  ki, rayonun  Kürdmaşı kəndində  yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 6 ton ot bağlaması və həyətyanı sahədə 15 paq.m kol-kosdan ibarət çəpər yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.