23 Noyabr 2024 08:06

Lerikdə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib-FOTO

Azadsöz.az  xəbər  verir  ki, respublikanın bütün bölgələrində ərazilərin təmiz saxlanılması, sanitariya-gigiyena qaydalarına riayət olunması polis əməkdaşları tərəfindən diqqətdə saxlanılır. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, turizm zonalarından biri olan Lerikdə bu istiqamətdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara, o cümlədən istirahət mərkəzlərinin səlahiyyətli nümayəndlərinə məişət tullantılarının tutumundan kənar yerlərə atılması, tullantıların qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıqlar edilib.

Keçirilən tədbirlər zamanı ərazinin zibillənməsi ilə bağlı aşkarlanan hallar üzrə İnzibati tənbeh tədbirləri görülüb. Polis və aidiyyəti dövlət qurumları tərəfindən antisanitar vəziyyət aradan qaldırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul