16 Sentyabr 2024 22:54

Astarada qoşquya yığılan kömür yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonun  Ərçivan qəsəbəsində  yanğın hadisəsi  baş  verib.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki,  qoşqunun içərisinə yığılan 15,2 ton kömürün 0,2 tonu yanıb. Kömürün qalan hissəsi və qoşqu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.