16 Sentyabr 2024 23:01

Ağdamda 4 otaqlı ev yanıb

Azadsoz.az xəbər verir ki,  rayonun İkinci Dördyol qəsəbəsində 4 otaqlı  evdə yanğın  hadisəsi  baş verib.

Bildirilir ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.