16 Sentyabr 2024 23:01

Salyanda tövlə və ot bağlaması yandı

Azadsöz.az  xəbər  verir  ki, rayonun Xələc kəndində tövlə və ot bağlaması yanıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Bildirilir ki, ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan 24 ton ot bağlamasının 14 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.