Azadsöz.az xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, direktor vəzifəsinə İlqar Mustafayev təyinat alıb.
Qeyd edək ki, yeni direktor kollektivə təqdim olunub.
Xatırladaq ki, İlqar Mustafayev Göyçay Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının çağırışçı- terapevt həkim vəzifəsində çalışıb.
Səbuhi Eltonlu