06 Oktyabr 2024 17:04

Qarabağ Universitetinə mətbuat katibi təyin edildi

Azadsöz.az xəbər verir ki, Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub.

Bununla bağlı universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyin edilib.
Qeyd edək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb. O, 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb.
grandpashabet alefbahis istanbul travesti